Topdansatış üzrə mütəxəssis
800 - 1000 AZN
Azerbaijan Fish Farm MMC
Şəhər | Bakı |
Yaş | 20 - 35 yaş |
Təhsil | Natamam ali |
İş təcrübəsi | 1 ildən 3 ilə qədər |
Elanın tarixi | 08-04-2024 |
Bitmə tarixi | 08-04-2025 |
Əlaqədar şəxs | Ülviyyə Cəfərova |
İş barədə məlumat
Vəzifə üzrə öhdəliklər:
• B2B satış ilə bağlı bazar araşdırmalarının aparılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Bazardakı satış qiymətlərinin monitorinqi və rəqiblərin analiz edilməsi;
• Korporativ müştərilərlə satış üçün danışıqların aparılması və müştəri tələblərinə əsasən təkliflərin hazırlanması;
• Müştəri bazasının (excel) formalaşdırılması və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
• B2B satışla bağlı sənədləşmə işlərinin (müqavilə, uçot, təhvil təslim və digər) aparılması və arxivləşdirilməsi;
• Müştəri müqavilələri üzrə nəzarətliliyin (şərtlərin danışılması və icrasına tam nəzarət, problemlərin həll edilməsi) təmin edilməsi;
• Debitor borclar üzrə ödənişlərin təqibi, gecikən ödənişlər üzrə müştərilər ilə danışıqların aparılması və ödənişlərin vaxtlı-vaxtında yığılmasının təmin edilməsi;
• Anbar qalığına daim nəzarət edilməsi, çatdırılmaların müvafiq struktur bölmələrlə koordinasiya edilməsi və çatdırılma prosesinin sona qədər təqib edilməsi;
• Struktur bölmə rəhbəri ilə əvvəlcədən razılaşdırılmış dövri (günlük, həftəlik, aylıq) plan əsasında müştəriləri ziyarət etmək;
• Rəhbərliyə dövri (günlük, həftəlik, aylıq) fəaliyyət hesabatının məruzə edilməsi;
• Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş satış hədəflərinin icra edilməsi;
• Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi;
• Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması;
• Marketinq şöbəsinin təşkil etdiyi tədbirlərdə, promo aksiyalarda iştirak etmək, və partnyorların marketinq təşəbbüslərini koordinasiya etmək.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 6 günlük, istirahət günü: bazar
İş yeri: Bakı şəhəri
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Topdansatış üzrə mütəxəssis” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. Namizədə tələblər
Namizədə Tələblər:
• Ali və ya orta ixtisas;
• Minimum 1 il iş təcrübəsi (Topdansatış sektoru, ictimai iaşə sektoru, pərakəndə satış sektoru);
• Ünsiyyət bacarıqları, analitik düşüncə, vaxtın idarə olunması, detallara diqqətli olmaq, gərginliyə davamlı, komandada işləmək bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• Azərbaycan dili əla, Rus dili üstünlükdür. Menecer
Jalali Tədris Mərkəzi
JALAL-I Tədris Mərkəzində Menecer Vakansiyası
25 illik təcrübəsi ilə tanınan JALAL-I Tədris Mərkəzi komandamıza məsuliyyətli və təşk İngilis dili müəllimi
İnk Academy
1. Yuxarı yaş qruplarına (18 -35 yaş) ingilis dilinin tədrisi;
2. Maraqlı, effektiv və interaktiv üsullarla dərslərin keçirilməsi;
3.