Marketing menecer
600 - 800 AZN
Abacus Audit and Consulting
| Şəhər | Bakı |
| Yaş | 21 - 30 yaş |
| Təhsil | Ali |
| İş təcrübəsi | 1 ildən 3 ilə qədər |
| Elanın tarixi | 01-08-2024 |
| Bitmə tarixi | 01-08-2025 |
| Əlaqədar şəxs | Zemfira Zeynalova |
İş barədə məlumat
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Bütün növ marketinq layihələrinə nəzarət etmək, koordinasiya etmək, marketinq alətlərində işləmək;
- - Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi (Facebook, Instagram, Linkedin)
- -Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
- - Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından etika çərçivəsində cavablandırılması
- - Mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi- Məhsulların professional şəkillərinin çəkilməsi
- Marketinq planının hazırlanması və həyata keçirilməsi;
- Outdoor və indoor reklamların yerləşdirilməsi;
- Press relizlərin yazılması;
- Şirkətə məxsus internet səhifələrinə nəzarət və dəyişikliklərin edilməsi;
- SMM üzrə aylıq planların hazır edilməsi;
- Plan üzrə vizualların hazırlanmasına nəzarət etmək;
- Plan üzrə mövzu mətnini (kontenti) hazırlamaq;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz araşdırmalarının aparılması;
- Axtarış platformalarında optimizasiyanı təşkil etmək;
- Şirkət üçün marketinq materiallarının hazırlanması və sifariş olunması;
- Marketinq kampaniyaları və layihələrinin idarəedilməsi;
- Marketinq tədbirlərinin təşkili;
- Müqayisəli şəkildə aylıq nəticələrin hesabatlarının hazırlanması;
- Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
- Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli; Namizədə tələblər
- Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarda işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, Linkedin və s.);
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən olmalı;
- Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
- Azərbaycan dilini səlist bilməli, Rus və İngilis dilini yaxşı bilməli;
- Müvafiq sahə üzrə ən azı 1-3 il iş təcrübəsi olmalı;
- MS Windows, Microsoft Office (Excel, Word, Outlook), Mühasibatlıq 1C proqramlarında işləmək bacarığı üstünlükdür;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Kreativ yanaşmaya sahib və yeniliklərə açıq olmalı;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı olmalı;
- Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
- Yaş həddi: 21-30
- Is qrafiki- 09.00-18.00
- 5 günlük iş rejimi, şənbə , bazar istirahətdir
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı razılaşma yolu ilə +bonus
Vakansiyaya müraciət üçün CV-nizi “ Marketinq menecer” mövzusu ilə zemfira.zeynalova@abacusaudit.az e-mail ünvanına göndərməyiniz xahiş olunur Qida mühəndisi
Southland MMC
İstehsal proseslərinin texnoloji tələblərə uyğun təşkilinə və icrasına nəzarət etmək
Qida təhlükəsizliyi, sanitar və gigiyena normalar Jenerator Tamir Ustası
TURKAZ
İş saatı 09:00-18:00 kimi olacaq. İş ya yerində təmir, ya da emalatxana təmiri olacaq. Digər təfərrüatlar şəxsən müzakirə olunacaq.