• is elanlari

  • boş vakansiyalar

  • vakansiyalar

  • proqramçı

  • elanlar

  • sürücü

  • mühafizə

  • Azərbaycanda

  • dizayner

  • iş elanları 2017
  • iş elanları 2018
  • is axtariram
  • is elanlari
  • yeni vakansiyalar
  • is elanlari
  • info@kadr-az.info

İcraçı direktor

1000 - 2000 AZN
Mebel İstehsalat Şirkəti
Şəhər Bakı
Yaş 27 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Elanın tarixi 02-07-2024
Bitmə tarixi 02-07-2025
Əlaqədar şəxs İnsan Resursları üzrə mütəxəssis
Telefon +994552221509
E-mail j.sardarli@alc.az
Baxışların sayı 35
Elan #706
İş barədə məlumat

Bu vakansiya, korporativ idarəetmə qaydalarının və ya siyasətinin məzmunu və onların tətbiqi prosesini bilən, cəsarətli, məsuliyyətli, bacarıqlı, səlis nitq qabilliyyətinə malik, yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı olan şəxslər üçündür; Şirkətin əsas hədəfi, ənənəvi yanaşmalara malik olmayan, köhnəlmiş metodlardan tamamən uzaq, güclü şəxsi keyfiyyətlərə və müasir dünya görüşünə malik, Açıq fikirli, liderlik qabiliyyəti yüksək, çevik, kritik (tənqidi) düşüncə kimi dəyərlərə önəm verən, kreativ gənclərin işə cəlb olunmasıdır. Maliyyə resurslarının düzgün idarə edilməsi ilə yanaşı maliyyə mexanizmlərinin yaradılmasına dəstək olmaq və onların düzgün tətbiqi üzrə hesabatlılıq sisteminin qurulmasına rəhbərlik etmək bacarığı; Ünsiyyət qurmaq, həmçinin güclü araşdırma və təşkilatçılıq bacarığı; İstehsalı müəssisəsində 50-100 nəfərdən çox işçi heyətinin idarə edilməsi bacarığı; Şöbə və bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətinin təşkil edilməsi; Daxilən motivasiyalı olmaq və komandanı motivasiya edə bilmə bacarığı; Maliyyə, kadr, satınalma, istehsal, satış və s proseslərin proqram təminatı vasitəsilə uçotunu və planlaşdırılmasını təmin etmək bacarığı; Şirkətin strategiyasının hazırlanmasına, həyata keçirilməsinə, Şirkətin maliyyə dayanıqlığının təmin edilməsinə və icrasına rəhbərlik etmək. Şirkətin rəqabətə dayanıqlı satış, marketinq strategiyasının formalaşması və icrasına rəhbərlik etmək bacarığı; Şirkətin biznes və əməliyyat yönümlü fəaliyyətinin strategiyası, hədəflərinə uyğun icrasına nəzarət etmək bacarığı; Böhran və risk idarəetmə mexanizmlərinin qurulmasına rəhbərlik etmək bacarığı; İnsan resurslarının strateji idarəedilməsi Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradılması; İstehsalın səmərəliliyinin, keyfiyyətinin artırılması proseslərinə rəhbərlik etmək. Vergi, büdcə, hesabat və audit daxil olmaqla şirkətin maliyyə fəaliyyətinə nəzarət etmək. İdarə Heyətinə şirkətin fəaliyyəti barədə (həftəlik, aylıq və illik hesabatlar) təqdim etmək.
Namizədə tələblər

Cins: kişi Yaş həddi: 27 – 45; Təhsil: Ali (maqistr dərəcəsi olan namizədlərə üstünlük verilir) İş təcrübəsi: ümumi olaraq 5 ildən yuxarı, rəhbər olaraq isə 3 ildən yuxarı iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti ( rus dili biliyi olan namizədlərə üstünlük verilir) Kompüter biliklərə: MS Office proqramlarını yüksək səviyyədə bilməli,; Güclü ünsiyyət və təqdimat bacarıqları. Güclü analitik bacarıqlar və biznes analizi qabiliyyəti; Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.
Aylıq
800-1000 AZN
İngilis dili müəllimi
İnk Academy
1. Yuxarı yaş qruplarına (18 -35 yaş) ingilis dilinin tədrisi; 2. Maraqlı, effektiv və interaktiv üsullarla dərslərin keçirilməsi; 3.
Aylıq
500-600 AZN
Ütüçü
Shakh Laudry
Ütüçü daxil olan sifarişləri səliqə ilə ütüləməli, yardımçısı vasitəsi ilə qatlamalı və paketləməlidir. İri həcmli sifarişlər üçün iri

BİZİMLƏ İŞ HƏMİŞƏ VAR !

Boş vakansiyaların, işsiz mütəxəssizlərin toplaşdığı yeganə ünvan !

İş elanları saytımız haqqında qısa məlumat. İş elanları yaratmaqda məqsədimiz bir-çox işsiz insanların iş tapmasına yardım etməkdir. Belə qərara gəldik ki, Azərbaycanın mövcud bütün iş elanları saytlarını birləşdirək bizim iş elanları saytımızda. İstəməsək belə bizim iş elanları saytımızda da İşə düzəltmə şirkətləri var. İşsiz insanlara bildiririk ki, həmin şirkətlərə işə düzəlmə adı ilə qabaqcadan ödəniş etməyin. Biz sizin tapmanız üçün çalışırıq. Saytı ayaqda saxlamaq üçün məcburən saytın sonunda iş elanlarına aid olmayan reklamlar yerləşdirmişik. Həmin reklamlardan birinə əməyə hörmət olaraq tıklamaq ilə bizə maddi yardım olacaqsınız. Burdan gələn gəlir iş elanları saytımızın ayaqda qalması üçün xərclənilir. Əlaqə saxladığınız şirkətlərdən kimsə sizdən öncədən ödəniş tələb edərsə bizə bildirməyinizi xahiş edirik, həmin iş elanları vakansiyasını saytımızdan silək.İş elanları`nı sizin üçün hər yerdən əlçatan edə bilmək üçün Android versiyalı telefonlar üçün proqramını da hazırlamışıq, iş elanları proqramını yükləyib sayta daxil olmadan iş elanları`na baxa bilərsiz. Qısa zaman içində iş elanları proqramının İos versiyalı telefonlar üçündə olan versiyası istifadənizə veriləcək.

ELAN YERLƏŞDİR