• is elanlari

  • boş vakansiyalar

  • vakansiyalar

  • proqramçı

  • elanlar

  • sürücü

  • mühafizə

  • Azərbaycanda

  • dizayner

  • iş elanları 2017
  • iş elanları 2018
  • is axtariram
  • is elanlari
  • yeni vakansiyalar
  • is elanlari
  • info@kadr-az.info

İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS

600 - 800 AZN
"Modern Group of Companies" MMC
Şəhər Ağsu
Yaş 23 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Elanın tarixi 2018-12-14
Bitmə tarixi 2019-01-14
Əlaqədar şəxs İnarə Vahidova
Telefon (012) 564-21-21
Baxışların sayı 815
Elan #6826
İş barədə məlumat

- İş yeri: Ağsu şəhəri ( Ağsu Aqropark MMC)
- İş qrafiki: 5 günlükdür
- Müəssisənin İR strategiyasının formalaşdırılması
- İR standartlarının tərtibi və ona nəzarət
- İşçilərin əmək fəaliyyətinin qiymətləndirilməsi
- İş analizlərinin aparılması
- Motivasiya və karyera yüksəlişi planlarının hazrlanması
- Məzuniyyət planının və iş qrafiklərinin tərtibi
- Yaranan vakansiyalar üzrə iş elanlarının verilməsi və uyğun namizədlərin tapılması
- Heyət üzrə hesabatların hazırlanması
- İşçilər barədə məlumat bazasının yaradılması
- Əmək intizamına nəzarət
- İşçilər tərəfindən daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək
- Heyətin təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin təşkil etmək
- İR idarə edilməsi ilə bağlı olan qaydaları hazırlamaq
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması

Namizədə tələblər

- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili, İngilis dili (arzuolunandır)
- Ali təhsil
- İR sahəsində azı 3 illik təcrübə
- Əmək məcəlləsi bilgisi
- Microsoft Office-dən istifadə bacarığı
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı
- İşi planlaşdırma və təşkil etmı bacarığı
- Liderlik bacarığı
- Səmərəli qərar qəbul etmə bacarığı
- İdarəetmə və kommunikasiya bacarığı
- Vaxt idarəetmə bacarığı
- Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı
- Fərdi və kollektivdə işləmə qabiliyyəti;
- İR sahəsində sertifikatlarının olması arzuolunandır

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını [email protected] e-mail ünvanına 30.12.2018 ci il tarixinə qədər mövzu yerində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Yaşayış yeri Ağsu, Kürdəmir və Şamaxı bölqələri olan namizədlərə üstünlük veriləcək. Qeyd: vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Aylıq
400-600 AZN
Mühafizəçi
GESCO ASC
GESCO, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 3000-dən artıq güvənilən və öz işinin peşəkarı olan hey
Aylıq
100-10000 AZN
Satışa dəstək mühəndisi
Mediatech
5 günlük iş rejimi, 9.00-18.00 arası Maaş mühasibə əsasında tərtib olunacaq. Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -ləri

BİZİMLƏ İŞ HƏMİŞƏ VAR !

Boş vakansiyaların, işsiz mütəxəssizlərin toplaşdığı yeganə ünvan !

İş elanları saytımız haqqında qısa məlumat. İş elanları yaratmaqda məqsədimiz bir-çox işsiz insanların iş tapmasına yardım etməkdir. Belə qərara gəldik ki, Azərbaycanın mövcud bütün iş elanları saytlarını birləşdirək bizim iş elanları saytımızda. İstəməsək belə bizim iş elanları saytımızda da İşə düzəltmə şirkətləri var. İşsiz insanlara bildiririk ki, həmin şirkətlərə işə düzəlmə adı ilə qabaqcadan ödəniş etməyin. Biz sizin tapmanız üçün çalışırıq. Saytı ayaqda saxlamaq üçün məcburən saytın sonunda iş elanlarına aid olmayan reklamlar yerləşdirmişik. Həmin reklamlardan birinə əməyə hörmət olaraq tıklamaq ilə bizə maddi yardım olacaqsınız. Burdan gələn gəlir iş elanları saytımızın ayaqda qalması üçün xərclənilir. Əlaqə saxladığınız şirkətlərdən kimsə sizdən öncədən ödəniş tələb edərsə bizə bildirməyinizi xahiş edirik, həmin iş elanları vakansiyasını saytımızdan silək.İş elanları`nı sizin üçün hər yerdən əlçatan edə bilmək üçün Android versiyalı telefonlar üçün proqramını da hazırlamışıq, iş elanları proqramını yükləyib sayta daxil olmadan iş elanları`na baxa bilərsiz. Qısa zaman içində iş elanları proqramının İos versiyalı telefonlar üçündə olan versiyası istifadənizə veriləcək.

ELAN YERLƏŞDİR