• is elanlari

  • boş vakansiyalar

  • vakansiyalar

  • proqramçı

  • elanlar

  • sürücü

  • mühafizə

  • Azərbaycanda

  • dizayner

  • iş elanları 2017
  • iş elanları 2018
  • is axtariram
  • is elanlari
  • yeni vakansiyalar
  • is elanlari

SMM MENECER

500 - 800 AZN
İtcity Academy
Şəhər Bakı
Yaş 18 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Elanın tarixi 2018-12-10
Bitmə tarixi 2019-01-10
Əlaqədar şəxs HR mütəxəssisi
Telefon (012) 409-98-77
Baxışların sayı 111
Elan #6706
İş barədə məlumat

- SMM Menecerin əsas vəzifəsi akademiyanın biznes strategiyasına əsaslanaraq Linkedin, Facebook, Instagram, Twitter, Youtube sosial media kanalları üzrə və akademiyanın blog-unda mənalı paylaşımlar etmək və İKT sahəsində maraqlı olan insanlara faydalı mesajlar verməkdən ibarətdir
- Akademiyanı və akademiyanın məhsullarını tanıtmaq
- Müvafiq auditoriya formalaşdırmaq və izləyici sayını daim artırmaq
- Izləyicilərin səhifələrdən aktiv istifadə etməsini təşviq edən faydalı paylaşımlar etmək
- Kontent kalendar (aylıq paylaşım planı) hazırlamaq
- SM səhifələrini canlı saxlamaq və bütün suallara dolğun cavab vermək və ya müvafiq şəxslərə yönləndirmək
- Bütün platformalar üzrə reklam kampaniyalarını tərtib etmək və tətbiq etmək
- Səhifələrin inkişafı üçün təşəbbüslər irəli sürmək
- İş qrafiki: Bazar ertəsiŞənbə 10:00-dan 19:00-dək
- Əmək haqqı: Razılaşma yolu ilə (500-1000 azn)

Namizədə tələblər

- Hədəf kütləsi: Akademiyanın sosial media səhifələrində izləyicilərin davamlı olaraq artırılması və hədəf auditoriyaya doğru mesajların verilməsi
- Əlaqələr: İzləyicilərlə sağlam münasibətlərin qurulması və hədəfə aparan faydalı məlumatın paylaşılması
- Kontent marketinq bacarığı: SMM Menecer qeyri-adi, yaradıcı kontentlər yaratmalı, insanların marağını çəkməli, onları danışdırmalıdır. Bunu edərkən də auditoriyasını çox gözəl tanımalıdır və markaya zərər verəcək şeylərdən uzaq durmalıdır
- Qrafik dizayn biliyi: Qrafik dizayn biliyinə malik namizədlərə üstünlük veriləcəkdir
- Kopiraytinq bacarığı: SMM Menecer Azərbaycan dilini mükəmməl bilməli, fikrini səlis formada izləyicilərə çatdırmaq bacarığına sahib olmalıdır. Reklam kampaniyalarında və günlük postlarda minimum sözdən istifadə etməklə maksimum mesaj verməyi bacarmalıdır
- Əlavə olaraq araşdırmaçı ruhlu olmalı və İngilis dilini yaxşı səviyyədə bilməlidir
- Brend kommunikasiyası və strategiya: Brendin strategiyası bütün kanallarda öz əksini tapmalıdır. SMM Menecer brendi çox gözəl tanımalı, missiyasını və korporativ dəyərlərini dəqiq bilməli və sosial media strategiyasını qurarkən bunları nəzərə almalıdır
- Reklam menecmenti: Reklam büdcəsini proqnozlaşdırmalı və effektiv istifadəsini təmin etməlidir
- Analiz və hesabatlılıq: Rəqəmlər həftəlik və aylıq olaraq analiz edilməli, uğurlar və uğursuzluqlar barədə rəhbərliyə hesabat verilməldir

Yuxarıdakı tələblərə uyğun gələn və vakant vəzifə ilə maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vakant vəzifənin adı - SMM Menecer qeyd olunmalıdır.

Aylıq
1000-2000 AZN
АГЕНТ ПО ПРОДАЖЕ ТУРПАКЕТОВ
VİP Aviasiya Xidmətləri Şirkəti
- Агент по продаже турпакетов - Специалист по Travel услугам - Руководитель группы - Зарплата: от 1000 до 2000 AZN
Aylıq
600-900 AZN
SATIŞ ÜZRƏ MENECER
"Fire Safety and Security Systems" MMC
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və təkliflərin hazırlanması - Şirkətlərlə koorporativ danışıqların a

BİZİMLƏ İŞ HƏMİŞƏ VAR !

Boş vakansiyaların, işsiz mütəxəssizlərin toplaşdığı yeganə ünvan !

İş elanları saytımız haqqında qısa məlumat. İş elanları yaratmaqda məqsədimiz bir-çox işsiz insanların iş tapmasına yardım etməkdir. Belə qərara gəldik ki, Azərbaycanın mövcud bütün iş elanları saytlarını birləşdirək bizim iş elanları saytımızda. İstəməsək belə bizim iş elanları saytımızda da İşə düzəltmə şirkətləri var. İşsiz insanlara bildiririk ki, həmin şirkətlərə işə düzəlmə adı ilə qabaqcadan ödəniş etməyin. Biz sizin tapmanız üçün çalışırıq. Saytı ayaqda saxlamaq üçün məcburən saytın sonunda iş elanlarına aid olmayan reklamlar yerləşdirmişik. Həmin reklamlardan birinə əməyə hörmət olaraq tıklamaq ilə bizə maddi yardım olacaqsınız. Burdan gələn gəlir iş elanları saytımızın ayaqda qalması üçün xərclənilir. Əlaqə saxladığınız şirkətlərdən kimsə sizdən öncədən ödəniş tələb edərsə bizə bildirməyinizi xahiş edirik, həmin iş elanları vakansiyasını saytımızdan silək.İş elanları`nı sizin üçün hər yerdən əlçatan edə bilmək üçün Android versiyalı telefonlar üçün proqramını da hazırlamışıq, iş elanları proqramını yükləyib sayta daxil olmadan iş elanları`na baxa bilərsiz. Qısa zaman içində iş elanları proqramının İos versiyalı telefonlar üçündə olan versiyası istifadənizə veriləcək.

ELAN YERLƏŞDİR