• is elanlari

  • boş vakansiyalar

  • vakansiyalar

  • proqramçı

  • elanlar

  • sürücü

  • mühafizə

  • Azərbaycanda

  • dizayner

  • iş elanları 2017
  • iş elanları 2018
  • is axtariram
  • is elanlari
  • yeni vakansiyalar
  • is elanlari
  • info@kadr-az.info

VEB LAYİHƏ MENECERİ

1200 - 2000 AZN
Prosper MMC
Şəhər Bakı
Yaş 25 - 38 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Elanın tarixi 2022-01-14
Bitmə tarixi 2022-02-14
Əlaqədar şəxs Prosper MMC
Telefon (012) 555-20-93
E-mail hr@prosper.az
Baxışların sayı 129
Elan #61986
İş barədə məlumat

Qısa məlumat:

11 ildən çox fəaliyyət göstərən və bir çox yerli və beynəlxalq layihələr üzrə müxtəlif veb proyektləri icra edən, son illərdə SaaS və veb tətbiqləri üzrə ixtisaslaşan Prosper MMC-nin Proqram Təminatı komandası Məhsul Portfelinin İdarə olunması üzrə Menecer (Web Project Manager/Product Owner) üzrə ixtisaslaşmış təcrübəli və bacarıqlı menecer axtarışındadır.

Vəzifə: Web Project Manager/Product Owner
Əmək haqqı: Vakantın təcrübəsinə uyğun olaraq bonuslarla birgə 1200 – 2000 AZN

İş qrafiki : Həftədə 5 gün. Qeyd, layihələrin gedişatına və tələblərinə uyğun olaraq şənbə günü müəyyən hallarda iş günü ola bilər.

Hansı növ/tip layihələr üzərində çalışırıq?
- Korporativ saytlar
- Veb tətbiqlər (web application)

Əsas komanda üzvləri kimlərdən ibarətdir?
- Layihə meneceri, Dizayner, Front-end üzrə proqram təminatçıları, Back-end üzrə proqram təminatçıları, QA üzrə proqram təminatçıları.

Komanda daxili hansı alətlərdən istifadə edirik?
- Figma, Slack, GitLab, WhatsApp, Loom

Vəzifə Öhdəlikləri:
- Sifarişçi ilə görüşlərin və müsahibələrin keçirilməsi
- Biznesin və layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briflərin tərtib olunması
- İstifadəçi rollarını, istifadəçinin xəritəsini (user map), istifadəçinin funksionallığını müəyyənləşdirmək
- Figma proqramında prototip hazırlamaq və Loom proqramı üzərində video təqdimatını hazırlamaq
- Texniki tapşırıqların yazılması və komanda/müştəri ilə bölüşülməsi
- Layihənin icrası zamanı, dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların cavablandırılması və istiqamətləndirilməsi
- Layihənin uğur qazanması və tələblərə uyğun hazırlanması üçün prosesə rəhbərlik etmək
- İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək
- Məhsul ilə bağlı tələbləri və problemləri aşkarlamaq üçün komanda üzvləri ilə əməkdaşlıq etmək
- Məhsulun və layihənin inkişafı üçün yeni təkliflər hazırlamaq
- Tələblər və yekun materialları proqram təminatı komandası və layihə rəhbəri ilə müzakirə etmək
- Layihə ilə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək
- Maraqlı tərəflərlə birlikdə məhsulun istifadəyə buraxılmasının planlaşdırılması və icra olunması
- Layihələrlə bağlı gedişatı izləmək və qiymətləndirmək
- Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə izləmək və istiqamət verməklə proqram təminatı komandası ilə sıx əlaqə
- Sifarişçinin məmnuniyyətini artırmaq üçün layihənin gedişatını və son məhsulun keyfiyyəti barədə araşdırma etmək və nəticələri komanda ilə bölüşmək
- Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün məlumatların arxivlənməsi

Tez tez verilən suallar:
- Sizinlə frilans işləyə bilərəmmi?
- Bəli işləyə bilərsiniz, layihənin həcmindən asılı olaraq məvacibi razılaşdıra bilərik.

Əlaqə:
[email protected]

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi rica olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və imeylin mövzu hissəsində mütləq “Web Project Manager/Product Owner” qeyd etmələri xahiş olunur.

Namizədə tələblər

- Müvafiq sahədə ən azı 2 il peşəkar təcrübə, həmçinin 2 veb tətbiqin qurulmasında iştirak/təcrübə
- Veb məhsulun yaradılması və komandanın idarə olunması sahəsində təcrübə
- Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə
- Güclü təhlil, məntiq və riyazi bacarıqlar
- Layihələrin idarəetmə və təqdimat bacarığının olması
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Komandada və fərdi şəkildə işləmək bacarığı
- “Agile” və “Scrum” metodologiyaları üzrə məlumatlılıq
- İngilis və Rus dillərini mükəmməl bilmək arzu olunandır
- Yaş həddi: 25-38 arası

Aylıq
400-600 AZN
SATIŞ ÜZRƏ MƏSLƏHƏTÇİ
La Parfumerie
Müştəriləri mağazada qarşılamaq, mallar haqqında ətraflı məlumat vermək - Müştərinin tələbatına uyğun olaraq müştəriyə dəqiq, d
Aylıq
600-700 AZN
OFİS MENECERİ
LLC FROM.AE
- Ofisə daxil olan zənglərin cavablandırılması - Gündəlik sənədləşmə və ofis daxili işlərin yerinə yetirilməsi - Rəhbərliyin

BİZİMLƏ İŞ HƏMİŞƏ VAR !

Boş vakansiyaların, işsiz mütəxəssizlərin toplaşdığı yeganə ünvan !

İş elanları saytımız haqqında qısa məlumat. İş elanları yaratmaqda məqsədimiz bir-çox işsiz insanların iş tapmasına yardım etməkdir. Belə qərara gəldik ki, Azərbaycanın mövcud bütün iş elanları saytlarını birləşdirək bizim iş elanları saytımızda. İstəməsək belə bizim iş elanları saytımızda da İşə düzəltmə şirkətləri var. İşsiz insanlara bildiririk ki, həmin şirkətlərə işə düzəlmə adı ilə qabaqcadan ödəniş etməyin. Biz sizin tapmanız üçün çalışırıq. Saytı ayaqda saxlamaq üçün məcburən saytın sonunda iş elanlarına aid olmayan reklamlar yerləşdirmişik. Həmin reklamlardan birinə əməyə hörmət olaraq tıklamaq ilə bizə maddi yardım olacaqsınız. Burdan gələn gəlir iş elanları saytımızın ayaqda qalması üçün xərclənilir. Əlaqə saxladığınız şirkətlərdən kimsə sizdən öncədən ödəniş tələb edərsə bizə bildirməyinizi xahiş edirik, həmin iş elanları vakansiyasını saytımızdan silək.İş elanları`nı sizin üçün hər yerdən əlçatan edə bilmək üçün Android versiyalı telefonlar üçün proqramını da hazırlamışıq, iş elanları proqramını yükləyib sayta daxil olmadan iş elanları`na baxa bilərsiz. Qısa zaman içində iş elanları proqramının İos versiyalı telefonlar üçündə olan versiyası istifadənizə veriləcək.

ELAN YERLƏŞDİR