• is elanlari

  • boş vakansiyalar

  • vakansiyalar

  • proqramçı

  • elanlar

  • sürücü

  • mühafizə

  • Azərbaycanda

  • dizayner

  • iş elanları 2017
  • iş elanları 2018
  • is axtariram
  • is elanlari
  • yeni vakansiyalar
  • is elanlari
  • info@kadr-az.info

YOL TİKİNTİSİ ÜZRƏ MÜHƏNDİS

1300 - 1600 AZN
MSDIS Holding
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Elanın tarixi 2021-09-06
Bitmə tarixi 2021-10-06
Əlaqədar şəxs MSDIS Holding
Telefon (012) 489-82-82
E-mail cv@msdisholding.az
Baxışların sayı 387
Elan #58275
İş barədə məlumat

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Yol tikintisi üzrə mühəndis
Vəzifə öhdəlikləri:

- Yol tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
- Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri,sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək
- Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq
- Yol tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək
- Yolun quruluşu və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək
- Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək

İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 1300-1600 AZN (Gross)
- ARƏM əsasən işə qəbul
- İş yeri: Bakı şəhəri
- Əlaqə nömrəsi: 051-201-21-18, 051-201-21-97.

Namizədə tələblər

- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Yol tikintisi üzrə mühəndis kimi minimum 3 il iş təcrübəsi
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri üstünlükdür
- Yolların tikintisi və təmirinin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları haqqında məlumatlı olmaq
- Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığı
- Layihəçəkmə və planlaşdırma bacarığı
- Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Yol tikintisi üzrə mühəndis" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

Aylıq
800-900 AZN
AŞPAZ
FRESH Catering
- Gündüz növbəsi - Rejim: 07:00-dan 19:00-dək - 5 gün - İaşə servisi göstərən şirkətin mətbəxində aşpaz vəzifəsi.
Aylıq
1000-1500 AZN
BACK-END PROGRAMÇI
HajMa Group of Companies
- Yeni veb layihələr üzərində çalışmaq - Mövcud veb layihələri inkişaf etdirmək - Veb layihələr üzərində komanda üzvü olaraq

BİZİMLƏ İŞ HƏMİŞƏ VAR !

Boş vakansiyaların, işsiz mütəxəssizlərin toplaşdığı yeganə ünvan !

İş elanları saytımız haqqında qısa məlumat. İş elanları yaratmaqda məqsədimiz bir-çox işsiz insanların iş tapmasına yardım etməkdir. Belə qərara gəldik ki, Azərbaycanın mövcud bütün iş elanları saytlarını birləşdirək bizim iş elanları saytımızda. İstəməsək belə bizim iş elanları saytımızda da İşə düzəltmə şirkətləri var. İşsiz insanlara bildiririk ki, həmin şirkətlərə işə düzəlmə adı ilə qabaqcadan ödəniş etməyin. Biz sizin tapmanız üçün çalışırıq. Saytı ayaqda saxlamaq üçün məcburən saytın sonunda iş elanlarına aid olmayan reklamlar yerləşdirmişik. Həmin reklamlardan birinə əməyə hörmət olaraq tıklamaq ilə bizə maddi yardım olacaqsınız. Burdan gələn gəlir iş elanları saytımızın ayaqda qalması üçün xərclənilir. Əlaqə saxladığınız şirkətlərdən kimsə sizdən öncədən ödəniş tələb edərsə bizə bildirməyinizi xahiş edirik, həmin iş elanları vakansiyasını saytımızdan silək.İş elanları`nı sizin üçün hər yerdən əlçatan edə bilmək üçün Android versiyalı telefonlar üçün proqramını da hazırlamışıq, iş elanları proqramını yükləyib sayta daxil olmadan iş elanları`na baxa bilərsiz. Qısa zaman içində iş elanları proqramının İos versiyalı telefonlar üçündə olan versiyası istifadənizə veriləcək.

ELAN YERLƏŞDİR