Texniki istehsalat şöbəsinin mühəndisi
1500 - 2000 AZN
AR GROUP İNŞAAT MMC
Şəhər | Bakı |
Yaş | 30 - 60 yaş |
Təhsil | Ali |
İş təcrübəsi | 3 ildən 5 ilə qədər |
Elanın tarixi | 06-06-2024 |
Bitmə tarixi | 06-06-2025 |
Əlaqədar şəxs | Tünzalə xanım |
İş barədə məlumat
- Layihə əsasında həcmlərin hesablanması (ümumi inşaat)
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarının analiz edilməsi və smeta sənədinin hazırlanması, layihə-smeta sənədlərin vaxtında təhvil verilməsinin təmin edilməsi
- Təsdiq edilmiş hesabatlara əsasən material silgisi hesabatlarının hazırlanması
- Hazırlanmış smetaya, Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə uyğun olaraq nəzarətin həyata keçirilməsi
- Obyektlərin inşası üçün texniki sənədləşmənin hazırlanmasında iştirak edilməsi
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, layihə sənədlərində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin həcmini və realizasiya müddətinin müəyyən edilməsi
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi
- Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi
- Layihəyə dair aylıq texniki hesabatların, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi
- Sahələrdən gələn texniki hesabatların yoxlanması
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
- 6 günlük iş qrafiki (09:00-dan - 18:00-dək) Namizədə tələblər
- Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Eskiz və işçi layihəni oxuma bacarığı
- Kompyuter biliyi: MS Excel, AutoCad, internet
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı
CV-lərinizi “TİŞ – mühəndis” başlığı ilə info@argroupinshaat.com ünvanına göndərməyiniz xahiş olunur İngilis dili müəllimi
İnk Academy
1. Yuxarı yaş qruplarına (18 -35 yaş) ingilis dilinin tədrisi;
2. Maraqlı, effektiv və interaktiv üsullarla dərslərin keçirilməsi;
3. Ütüçü
Shakh Laudry
Ütüçü daxil olan sifarişləri səliqə ilə ütüləməli, yardımçısı vasitəsi ilə qatlamalı və paketləməlidir. İri həcmli sifarişlər üçün iri