Texniki istehsalat üzrə mühəndis
1500 - 2000 AZN
Qurucu MMC
| Şəhər | Bakı |
| Yaş | 25 - 50 yaş |
| Təhsil | Ali |
| İş təcrübəsi | 3 ildən 5 ilə qədər |
| Elanın tarixi | 29-08-2025 |
| Bitmə tarixi | 29-08-2026 |
| Əlaqədar şəxs | Vüqar HR |
İş barədə məlumat
Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirir.
Metodiki və normativ materialların, texniki sənədlərin eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təklifləri işləyib hazırlayır.
Texniki-iqtisadi təhlil aparır, qəbul olunan və həyata keçirilən qərarları kompleks şəkildə əsaslandırır.
İşlərin, xidmətlərin görülmə müddətinin ixtisara salınmasının mümkünlüyünü araşdırır, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərir.
Tədqiqatların yerinə yetirilməsi, layihə və proqramların işlənib hazırlanması, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsində, eləcə də texniki vasitələrin, sistemlərin, avadanlıq və materialların standartlaşması üzrə işlərin görülməsində, müxtəlif texniki sənədlərə baxışda iştirak edir, rəy və təkliflər hazırlayır.
Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənir və təhlil edir, onları ümumiləşdirir və sistemləşdirir, müasir. texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparır. İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatlan, sxem və digər texniki sənədləri tərtib edir, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatlan tərtib edir.
Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir.
Texniki sənədlərin ekspertizasını, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, onun işində olan çatışmamazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir.
Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edir. İşçilərin elmi-texniki biliklərinin artırılması işini təmin edən yaradıcılıq meyllərinin inkişafına, səmərələşdirmə, ixtiraçılıq, elm və texnikanın nailiyyətlərinin tətbiqinə, qabaqcıl təcrübənin istifadəsinə imkan yaradır.
Tabe olduğu şəxsin işlə əlaqədar verdiyi bütün tapşırıqları yerinə yetirmək.
SƏTƏMM sahəsində bütün təlimat və tələblərə riayət etmək.
Bilməlidir.
İşinə aid olan yuxarı və digər orqanların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və rəhbər materialları; müəssisə, idarə və təşkilatların texniki inkişaf perspektivini; işlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipini, texniki və konstruktiv xüsusiyyətlərini; materialları və onların xassələrini; tədqiqat metodlarım, işin yerinə yetirilməsinin qayda və şərtlərini; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatlan; tədqiqatların və işlənib hazırlanmış işlərin iqtisadi səmərəsinin müəyyən edilməsi, Namizədə tələblər
Təhsil : Ali
İş təcrübəsi : 5 ildən artıq
Yaş : 25 - 56
Ali təhsil (İnşaat mühəndisliyi);
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (layihələrin idarə olunması təcrübəsi üstünlükdür);
Azərbaycan tikinti normativləri və beynəlxalq standartlar barədə bilik;
AutoCAD, MS Project və digər müvafiq proqram təminatlarını bilmək;
Komandada işləmə və rəhbərlik qabiliyyəti;
PMP və ya digər layihə idarəetməsi sertifikatları;
İş sahəsində risklərin idarə olunması bilikləri;
Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür). Baş mühasib
PAYCHI GROUP MMC
Maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək üçün mühasibatlıq şöbəsinə nəzarət etmək; Bütün m Xadimə
Bayil Breeze Hotel and Restoran
Bayilda yerləşən Hotel’ə təcrübəli housekeeping tələb olunur. Hotel 4 ulduzlu lisenziyali və əmək müqaviləsi bağlanılır.