• is elanlari

  • boş vakansiyalar

  • vakansiyalar

  • proqramçı

  • elanlar

  • sürücü

  • mühafizə

  • Azərbaycanda

  • dizayner

  • iş elanları 2017
  • iş elanları 2018
  • is axtariram
  • is elanlari
  • yeni vakansiyalar
  • is elanlari

MALİYYƏ VƏ İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS

600 - 700 AZN
DHL Express Baku
Şəhər Bakı
Yaş 27 - 32 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Elanın tarixi 2020-01-14
Bitmə tarixi 2020-02-14
Əlaqədar şəxs Venera
Telefon (012) 493-47-14,109
E-mail [email protected]
Baxışların sayı 120
Elan #25261
İş barədə məlumat

- Əmək müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə daxil etmək
- Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək
- Təsdiqlənmiş kadr əmrlərinin qeydiyyatını aparmaq, işçilərin şəxsi işlərini (işçilərə aid kadr sənədlərini) formalaşdırmaq
- Əmək kitabçalarının qəbulu (açılması), doldurulması, saxlanılması və əmək stajının hesablanmasını həyata keçirmək, işçilərə əmək fəaliyyətinə dair arayış və xasiyyətnamələr hazırlamaq
- İşçilərin sığortalanmasını təşkil etmək və sığorta müddətinin axınına nəzarət etmək, habelə qanunvericiliklə müəyyən olunmuş müddətdə işçilərə sosial sığorta kartının açılması üçün zəruri tədbirlər görmək
- Məzuniyyətləri və ezamiyyələri rəsmiləşdirmək və siyahıya almaq
- ştat cədvəlinin layihəsini hazırlamaq
- İşçilərin aylıq işə davamiyyət (tabel) cədvəllərini toplamaq, yoxlamaq və orada qeyd olunan məlumatların müvafiq elektron proqramlara daxil etmək
- Yeni təyinatlar, vəzifə dəyişiklikləri, qeyri-iş günləri, qısaldılmış iş vaxtları, bayram və işçilərin ad günü təbrikləri, digər zəruri bildirişlər ilə bağlı e-mail məktublar göndərmək
- İşə qəbul prosesində iştirak etmək, departament müdirinin və aidiyyəti şəxslərin iştirakı ilə namizədlərin müsahibəsini aparmaq və işə qəbul ilə əlaqədar departament müdirinin digər tapşırıqlarını yerinə yetirmək
- İşçilərin əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan şikayətlərini (ərizələrini) araşdırmaq, şikayətin səbəbləri müəyyən etmək və onların aradan qaldırılması üçün departament müdirinə təkliflər təqdim etmək.
- Şirkətin kassasına nəzarəti həyata keçirmək; Kassaya aid olan bütün əməliyyatlara nəzarət etmək və məsuliyyət daşımaq ; Kassaya mədaxil və məxaricə bir başa nəzarət etmək və sənədləşdirmək; müştəriyə göstərilən xidmət üzrə ,idxal və ixrac əməlliyatları və gömrük deklarasiyaların xidmət haqqı üzrə kassaya pulun daxil edilməsini sistemli və səliqəli təmin etmək. Birbaşa rəhbəri tərəfindən vəzifə funksiyaları üzrə verilən digər tapşırıqları yerinə yetirmək. Kassanın mövcud vəziyyəti haqqında günlük, aylıq və illik hesabatları rəhbərliyə təqdim etmək. Xəzinə kitabını yazmaq; hər ayın 15-dək kuryerlərin faizlərini hesablamaq,baş mühasibə təqdim etmək

Namizədə tələblər

- Xanım namizəd 27-30 yaş arası əsas işçinin yerinə (analığ məzuniyyəti )tələb olunur
- Ali təhsil (iqtisadiyyat, maliyyə və ya mühasibatlıq)
- Azərbaycan və rus dilləri sərbəst, ingilis dili biliyi orta səviyyədə olmalı
- Proqram bilikləri: MS Word, MS Excel
- Analitik təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Aylıq
300-400 AZN
KORPORATİV SATIŞ MENECERİ
Kamilov və Partnyorları MMC
- İş barəsində təlimlər keçirilir , iş prosesi ətraflı izah olunur - Soyuq zənglərin edilməsi - Müştərilərlə görüşlərin tə
Aylıq
1000-5000 AZN
MOBILE APPLICATION
4MAPS BİLGİ TEKNOLOJİLERİ MMC
JOB DESCRIPTION: - Developing reliable, high-performance iOS and/or Android applications - Applying best development pr

BİZİMLƏ İŞ HƏMİŞƏ VAR !

Boş vakansiyaların, işsiz mütəxəssizlərin toplaşdığı yeganə ünvan !

İş elanları saytımız haqqında qısa məlumat. İş elanları yaratmaqda məqsədimiz bir-çox işsiz insanların iş tapmasına yardım etməkdir. Belə qərara gəldik ki, Azərbaycanın mövcud bütün iş elanları saytlarını birləşdirək bizim iş elanları saytımızda. İstəməsək belə bizim iş elanları saytımızda da İşə düzəltmə şirkətləri var. İşsiz insanlara bildiririk ki, həmin şirkətlərə işə düzəlmə adı ilə qabaqcadan ödəniş etməyin. Biz sizin tapmanız üçün çalışırıq. Saytı ayaqda saxlamaq üçün məcburən saytın sonunda iş elanlarına aid olmayan reklamlar yerləşdirmişik. Həmin reklamlardan birinə əməyə hörmət olaraq tıklamaq ilə bizə maddi yardım olacaqsınız. Burdan gələn gəlir iş elanları saytımızın ayaqda qalması üçün xərclənilir. Əlaqə saxladığınız şirkətlərdən kimsə sizdən öncədən ödəniş tələb edərsə bizə bildirməyinizi xahiş edirik, həmin iş elanları vakansiyasını saytımızdan silək.İş elanları`nı sizin üçün hər yerdən əlçatan edə bilmək üçün Android versiyalı telefonlar üçün proqramını da hazırlamışıq, iş elanları proqramını yükləyib sayta daxil olmadan iş elanları`na baxa bilərsiz. Qısa zaman içində iş elanları proqramının İos versiyalı telefonlar üçündə olan versiyası istifadənizə veriləcək.

ELAN YERLƏŞDİR