• is elanlari

  • boş vakansiyalar

  • vakansiyalar

  • proqramçı

  • elanlar

  • sürücü

  • mühafizə

  • Azərbaycanda

  • dizayner

  • iş elanları 2017
  • iş elanları 2018
  • is axtariram
  • is elanlari
  • yeni vakansiyalar
  • is elanlari

BAŞ MÜHASİB

1500 - 1700 AZN
ATEF Şirkətlər Qrupu MMC
Şəhər Bakı
Yaş 30 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Elanın tarixi 2019-12-30
Bitmə tarixi 2020-01-30
Əlaqədar şəxs HR ATEF
Telefon (012) 452-20-41
(012) 452-20-41
E-mail [email protected]
Baxışların sayı 176
Elan #24231
İş barədə məlumat

- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir
- Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-dan 13:00-dək
- Nahar müəssisə tərəfindən təmin edilir

Namizədə tələblər

- Ali təhsil, (Mühasibatlıq sahəsində)
- İstehsal müəssisələrində 3-5 il iş təcrübə;
- Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını
- Müəssisənin strukturunu, onun prespektiv inkişafını; mühasibat uçotunun müəssisələrdə təşkilini
- Maliyyə hesablarının forma və qaydalarını; pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
- Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını
- Yoxlanış və sənədli təftişin qaydalarını
- Müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; iqtisadiyyatın əsaslarını
- İstehsalın, əməyin və idarəetmənin təşkilini; mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini
- Əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
- Kompüter bilikləri - Excell və MS office proqramları
- Azərbaycan, Rus və İngilis dili
- Fikrini izah etmək qablilləti
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı
- Müvafiq peşə sertifikatlarının olması arzuolunandır

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (Baş mühasib) e-mail də mövzu (subject) bölməsində göstərin.

Aylıq
400-600 AZN
TİBBİ NÜMAYƏNDƏ
Repharma
- Həftə içi hər gün tibbi müəssisələri və aptekləri ziyarət etmək - Preaparatları tanıtmaq, təlabat yaratmaq, satışını təşkil et
Aylıq
500-600 AZN
SATIŞ TƏMSİLÇİSİ
HORECA MMC
- Mütəmadi olaraq potensial müştərilərin axtarılması - Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı -

BİZİMLƏ İŞ HƏMİŞƏ VAR !

Boş vakansiyaların, işsiz mütəxəssizlərin toplaşdığı yeganə ünvan !

İş elanları saytımız haqqında qısa məlumat. İş elanları yaratmaqda məqsədimiz bir-çox işsiz insanların iş tapmasına yardım etməkdir. Belə qərara gəldik ki, Azərbaycanın mövcud bütün iş elanları saytlarını birləşdirək bizim iş elanları saytımızda. İstəməsək belə bizim iş elanları saytımızda da İşə düzəltmə şirkətləri var. İşsiz insanlara bildiririk ki, həmin şirkətlərə işə düzəlmə adı ilə qabaqcadan ödəniş etməyin. Biz sizin tapmanız üçün çalışırıq. Saytı ayaqda saxlamaq üçün məcburən saytın sonunda iş elanlarına aid olmayan reklamlar yerləşdirmişik. Həmin reklamlardan birinə əməyə hörmət olaraq tıklamaq ilə bizə maddi yardım olacaqsınız. Burdan gələn gəlir iş elanları saytımızın ayaqda qalması üçün xərclənilir. Əlaqə saxladığınız şirkətlərdən kimsə sizdən öncədən ödəniş tələb edərsə bizə bildirməyinizi xahiş edirik, həmin iş elanları vakansiyasını saytımızdan silək.İş elanları`nı sizin üçün hər yerdən əlçatan edə bilmək üçün Android versiyalı telefonlar üçün proqramını da hazırlamışıq, iş elanları proqramını yükləyib sayta daxil olmadan iş elanları`na baxa bilərsiz. Qısa zaman içində iş elanları proqramının İos versiyalı telefonlar üçündə olan versiyası istifadənizə veriləcək.

ELAN YERLƏŞDİR