Satış təmsilçisi
800 - 800 AZN
Vip Doors MMC
Şəhər | Bakı |
Yaş | 25 - 35 yaş |
Təhsil | Natamam ali |
İş təcrübəsi | 1 ildən 3 ilə qədər |
Elanın tarixi | 14-05-2025 |
Bitmə tarixi | 14-05-2026 |
Əlaqədar şəxs | Vip Doors MMC |
İş barədə məlumat
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı məlumat vermək;
- Müştərilərə mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
-Şirkətin müştəri xidməti standartlarının mağazada icrası üzrə irad və təkliflərini rəhbərlik ilə bölüşmək;
-Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
-Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək.
-Müştərilərə özəl xidmət göstərilməsində birbaşa iştirak etmək və şirkət qaydalarına uyğun yönləndirmək;
- Mağazadakı məhsulların nizamından məsuliyyətli olmaq və mağaza daxili vizual qaydalara əməl etmək;
- Müştərilərlə işgüzar münasibətlər yaratmaq və davam etdirmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi bazar ertəsi-şənbə (09:00-18:00), həftədə bir gün istirahət günü;
- Əmək haqqı: 800 azn + bonus;
-İş yeri: Lökbatan qəs., Abşeron Ticarət Mərkəzi;
-Korparativ nömrə və email şirkət tərəfindən verilir;
-Mağazamız yüksək standartlara cavab verən qapıların satışı ilə məşğuldur (oxşar sahədə təcrübəsi olan xanım namizədlərə üstünlük veriləcəkdir). Namizədə tələblər
-Təhsil: orta ixtisas və ya ali təhsil;
- Yaş aralığı: 25-35;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini səlis bilməli;
- Kompüter və ofis avadanlıqlarından istifadə;
- İşgüzar ünsiyyət etikası;
- İnandırma qabiliyyəti yüksək, gülərüzlü, insanlarla tez ünsiyyətə girəbilən, komandada işləmə bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək.
Vakansiya ilə maraqlanan namizədlərdən cv-lərini mövzü hissəsində “Satış təmsilçisi” qeyd edərək elvusal.mahmudov@vip-doors.az elektron ünvanına göndərməsi xahiş olunur.
Suallarınızla bağlı 0553989891 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Korporativ Satış Meneceri
EUROFLOOR
- Korporativ müştərilərlə zəng və ya email vasitəsilə görüşlərin çıxarılması
- Korporativ müştərilərlə görüşüb Şirkətin xidmət və məhs Ofis meneceri
Ağ Kənd TT MMC
Qonaqların qarşılanması və müvafiq şəxslərə yönləndirilməsi
Şirkətə daxil və xaric olunan məktubların qəbul edilməsi və qeydiyyatının