• is elanlari

  • boş vakansiyalar

  • vakansiyalar

  • proqramçı

  • elanlar

  • sürücü

  • mühafizə

  • Azərbaycanda

  • dizayner

  • iş elanları 2017
  • iş elanları 2018
  • is axtariram
  • is elanlari
  • yeni vakansiyalar
  • is elanlari

SƏTƏM ÜZRƏ MÜTƏXƏSSİS

500 - 700 AZN
ATEF Şirkətlər Qrupu MMC
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Elanın tarixi 2019-07-12
Bitmə tarixi 2019-08-12
Əlaqədar şəxs ATEF Şirkətlər Qrupu MMC
Telefon (012) 452-20-41
Baxışların sayı 236
Elan #11309
İş barədə məlumat

- İş yeri: Suraxanı rayonu, Əmircan qəsəbəsi
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi, saat 08:00-dan 17:00-dək
- Nahar fasiləsi: 12:00-dan 13:00-dək
- Nahar müəssisə tərəfindən təmin edilir
- İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi
- İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək
- İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq
- İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini heyata keçirmək
- İstehsalatda bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla , qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək
- Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək
- Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq

Namizədə tələblər

- Ali təhsil
- Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 1 il iş təcrübəsinin olması
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı

Müraciət üçün son tarix: 11 avqust 2019
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (SƏTƏM üzrə mütəxəssis) e-mail də mövzu (subject) bölməsində göstərin.

Aylıq
300-500 AZN
Optikaya məsləhətçi
Zoom optics
- Optika məhsullarının satışını təşkil etmək - Müştəriləri eynəklər haqqında məlumatlandırmaq - Optika bölməsinin səliqə səhmanına di
Aylıq
300-500 AZN
WEBSİTE ADMİN
Arash
- Saytdakı məlumatları daima yeniləmək - Saytın baxımlılığını və satışı artırmaq məqsədi ilə aksiyalar təşkil etmək - Sa

BİZİMLƏ İŞ HƏMİŞƏ VAR !

Boş vakansiyaların, işsiz mütəxəssizlərin toplaşdığı yeganə ünvan !

İş elanları saytımız haqqında qısa məlumat. İş elanları yaratmaqda məqsədimiz bir-çox işsiz insanların iş tapmasına yardım etməkdir. Belə qərara gəldik ki, Azərbaycanın mövcud bütün iş elanları saytlarını birləşdirək bizim iş elanları saytımızda. İstəməsək belə bizim iş elanları saytımızda da İşə düzəltmə şirkətləri var. İşsiz insanlara bildiririk ki, həmin şirkətlərə işə düzəlmə adı ilə qabaqcadan ödəniş etməyin. Biz sizin tapmanız üçün çalışırıq. Saytı ayaqda saxlamaq üçün məcburən saytın sonunda iş elanlarına aid olmayan reklamlar yerləşdirmişik. Həmin reklamlardan birinə əməyə hörmət olaraq tıklamaq ilə bizə maddi yardım olacaqsınız. Burdan gələn gəlir iş elanları saytımızın ayaqda qalması üçün xərclənilir. Əlaqə saxladığınız şirkətlərdən kimsə sizdən öncədən ödəniş tələb edərsə bizə bildirməyinizi xahiş edirik, həmin iş elanları vakansiyasını saytımızdan silək.İş elanları`nı sizin üçün hər yerdən əlçatan edə bilmək üçün Android versiyalı telefonlar üçün proqramını da hazırlamışıq, iş elanları proqramını yükləyib sayta daxil olmadan iş elanları`na baxa bilərsiz. Qısa zaman içində iş elanları proqramının İos versiyalı telefonlar üçündə olan versiyası istifadənizə veriləcək.

ELAN YERLƏŞDİR